Qızılcaya təkrar yoluxma mümkün deyil - Nazirlik rəsmisi 

16:13 06.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qızılca keçirmiş şəxsdə bu infeksiyaya qarşı immunitet formalaşır. Odur ki, təkrar yoluxma demək olar ki, mümkün deyil.

Hafta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.

 

Mütəxəssis-ekspert təkrar yoluxmaya nadir hallarda rast gəlindiyini də diqqətə çatdırıb.